02.07.2025, 02:39
AZ EN
07.06.2023, 12:22 254

Məhkəmə qərarını yenisi ilə əvəz etdi

XƏBƏRLƏR
  • "Hraparak" xəbər verir ki, dünən İrəvanda hakim Samvel Şahverdyanın sədrliyi ilə ümumi mülki məhkəmədə 44 günlük müharibədə ölən Jora Martirosyanın anası Qayane Hakopyanı baş nazirin oğlu Aşot Paşinyanı oğurlamağa cəhddə ittiham edərək 1 ay 15 gün müddətinə həbs edib. Xatırladılır ki, o, bir həftə öncə ev dustaqlığı ilə cəzalandırılmışdı və cəmiyyətdə Aşotun humanist olması barədə fikirlər təbliğ edilirdi.

Məhkəmənin dünənki qərarının arxasında hökumətin durduğunu ehtimal edən jurnalistə Aşotla söhbət zamanı məlum olub ki, Aşot şikayətçi olmayıb, maşına könüllü minib. Yerablura gedəcəklərini bildikdə isə etiraz edib və maşından  düşüb.

Müharibədə ölən əsgərlərin valideynlərinin yaratdığı "Övladların çağırışı" təşkilatının sədri Vahid Sahakyanın sözügedən durumu şərh etməsi isə müxbir Hayk Gevorkyanı qane etməyib. Jurnalist yazıb ki,ölən əsgərlərin valideynləri Qayane Hakopyan azad edilməyincə meydanda aksiya keçirəcəklərini bildirmişldilər. Amma 3 gündən sonra onlar dağılışıblar. Dünənki məhkəmə iclasını onlardan çox az adam, özü də məhkəmə binasının həyətində izləyib. Vəkilin sözləri isə nəzərə alınmayıb ki, bu da insan haqlarının pozulmasının növbəti təzahürüdür.

Müəllif sonda vurğulayıb ki, son vaxtlar ölən əsgərlərin valideynlərinin hakimiyyət tərəfindən müxtəlif vasitələrlə ələ alınması prosesinə başlanılıb və bu, öz bəhrəsini verməkdədir.

Bu olay da tarixdə dəfələrlə isbat olunmuş bu həqiqəti yenidən xatırlatmağa əsas verir ki, ermənilər üçün müqəddəs heç nə yoxdur.

N.Qaramanlı

Oxşar xəbərlər