Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, Türkiyə Avropadan Qara dənizə, Orta Şərqdən Şimal Afrikaya qədər hər yerdə sabitliyi təmin etmək istəyir: “Biz xüsusilə ətrafımızda sabitliyin təmin olunması üçün soyuqqanlı mövqeyimizi davam etdirəcək, diplomatiya yolunu tutacağıq”.
Dövlət başçısı deyib ki, bundan sonra Türkiyənin digər ölkələrlə əlaqəsi daha da güclənəcək: “İnşallah, yaxın zamanda səfərlərimiz başlayacaq. Eyni zamanda dünya liderləri də ölkəmizə gələcəklər”.
Ərdoğan seçkilərdə iştirak edən hər kəsə, o cümlədən xaricdəki Türkiyə vətəndaşlarına təşəkkür edib: “Terror təşkilatlarının əli ilə siyasəti istiqamətləndirmək səyləri nəticəsiz qaldı. Seçkilərin qalibi türk demokratiyası və milləti oldu. Özünü bu torpaqlara aid hiss edən hər bir vətəndaşımız seçkilərin qalibidir”. (Report)