19.12.2024, 13:37
AZ EN
19.12.2024, 10:04 120

Baş redaktor baş naziri talançı başçısı adlandırıb

XƏBƏRLƏR
  • Ermənistanın tanınmış jurnalistlərindən olan, "Hraparak" ın  müxalif qaynana ləqəbli baş redaktoru Armine Ohanyan bu gün paylaşdığı "Yanlış hesabat" başlıqlı yazısında adəti üzrə hökuməti və baş naziri özünəməxsus üslubla tənqid edib.

O, yazıb ki, 2018-ci ildən hakimiyyətdə olanlar ötən dövr ərzində nə idarəetmə mexanizminə yiyələnib, nə də beynəlxalq siyasi proseslərdən baş çıxara biliblər. Əlavə olunub ki, özündən əvvəlki hakimiyyətləri daim talançı adlandıran və xeyli sabiq məmuru həbsxanaya atdıran bu iqtidarın içində öz talançılıq şəbəkəsi formalaşıb. Bundan baş nazirin xəbəri olsa da nə açıqlanır, nə də hansısa cəza tədbiri görülür deyə hakim partiyanın xalqın önündə  yanlış hesabat verdiyini xüsusi vurğulayıb. Qeyd edib ki, dövlət əmlakını mənimsəməkdə ad çıxaranlar, bürokratik mühiti genişləndirənlər hakim "Vətəndaş müqaviləsi"  partiyasının üzvləridirlər. Həmin partiyada həqiqəti deyənlərin isə hətta deputat mandatından mərhum edilməsi üçün müxtəlif vasitələrə əl atılır.

Müəllif sözügedən yazısının sonunda yekun qərara gəlib ki, indiki hakimiyyətin sabiqlərdən fərqi yalnız talançıları cəzalandırmaqdır. Talançılıq isə davam edir və beynəlxalq kürsülərdən yanlış hesabatlar verilir.

Nəsib Qaramanlı

Oxşar xəbərlər