Bu barədə erməni KİV-ləri xəbər verib.
İtkin düşmüş hərbçilərin qohumları Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan və müdafiə nazirinin müşaviri Kamo Vardanyan ilə görüş tələb ediblər.
Müdafiə Nazirliyindən bildirilib ki, nazir müavini Arman Sarkisyan təşəbbüs qrupunun yalnız üç nümayəndəsi ilə görüşməyə hazırdır.
Qeyd edək ki, səhərdən itkin düşmüş hərbçilərin qohumları Müdafiə Nazirliyindən öz övladlarının taleyi barədə izahat tələb edərək etiraz aksiyası keçirirlər. (Report)