22.11.2024, 18:55
AZ EN
25.08.2023, 11:31 313

Ermənistan havadan asılı xəbərlər ölkəsidir

XƏBƏRLƏR

"Hraparak" bu gün paylaşdığı "Havadan asılı xəbərlər ölkəsi" başlıqlı məqalədə göstərir ki, hökumətin dünənki iclasında Nikol Paşinyan baş nazir vəzifəsində də jurnalistliyini sübut etdi. O, jurnalistlərin istifadə etdiyi "etibarlı mənbə" ifadəsini bir neçə dəfə təkrarlayaraq deyib ki, etibarlı mənbədən əldə etdiyim məlumata görə Azərbaycan Laçından keçidin birtərəfli olması, yəni çıxışın açıq, girişin bağlı olması üçün proqram hazırlayır. Xankəndidəki "etibarlı mənbə" isə bildirib bu xəbər onlara çoxdan məlumdur. Əlavə  olunub ki, "sülhməramlılar" vasitəsilə "arsaxa" 100 tondan çox un gətirilib və hazırda orada çörək problemi yoxdur. N.Paşinyanın, demək olar ki, bütün ifadələrinin dövlət başçısının deyil, jurnalistin ifadələri olduğunu bildirən agentlik Ermənistanın müxtəlif yalanlara inandığını görə daim havadan asılı ölkə olduğunu vurğulayıb və öncə də qeyd etdiyimiz kimi həmin qənaəti xəbərin başlığına çevirib.

N.Qaramanlı

Oxşar xəbərlər