Amma indiyədək aparılan araşdırmalar zamanı onlar belə olayların sırf texniki səbəblərdən baş verdiyini önə çəkərək cərimə olunmamalarına cəhd edir, məsələnin tezliklə həll ediləcəyini vəd edirlər. Komissiya sədri daha sonra əlavə edib ki, məmurlar adətən öz bizneslərini ya ailə üzvlərinin, ya da etibarlı dost-tanışlarının adına rəsmiləşdirirlər. Bu isə müəyyən məsələlərdə çətinlik yaradır. "Amma artıq belə halların aradan qaldırılması üçün hüquqi proseslərə təkan verilib və yaxın gələcəkdə bunun yeni məcraya düşəcəyini görə bilərik", - deyə komissiya sədri hazırda aşkar edilən qanunsuzluqlara görə cərimələr və digər inzibati cəzalar tətbiq olunduğunu bildirib.
N.Qaramanlı