Bu barədə Aİ Şurası məlumat yayıb.
Aİ Şurası Ermənistana Avropa Sülh Fondundan 10 milyon avro yardım ayrılması barədə paketi təsdiqləyib.
Ermənistana dəstək üçün göstərilən yardımın məqsədi Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmaq və böhran və fövqəladə vəziyyətlərdə mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir.
Qeyd olunub ki, qərar Aİ-Ermənistan tərəfdaşlığı çərçivəsində qəbul edilib, Ermənistanda və Cənubi Qafqazda sülh, sabitlik və rifahın təşviqinə yönəlmiş ümumi dəyərlərə əsaslanır. (APA)