07.02.2025, 03:06
AZ EN
04.04.2023, 13:48 278

Müxalifət öz namizədini dəstəkləməyib

XƏBƏRLƏR
  • Ermənistan parlamentinin insan haqları və ictimai məsələlər üzrə daimi komissiyası boş olan İnsan haqlarının müdafiəsi (ombudsman) müvəkkili vəzifəsinə fraksiyaların irəli sürdükləri namizədlər bağlı müzakirələrə start verib. "Hraparak" xəbər verir ki, bu günkü iclasda "Hayastan" və "Şərəfim var" müxalif fraksiyaların vahid namizədi Edqar Qazaryanla bağlı müzakirədə sözügedən komissiyanın müxalif üzvlərinin heç biri iştirak etməyib.

"Bu isə o deməkdir ki, müxalifətdə geniş konsensus yoxdur. Belə olmasa idi onlar öz qərarlarına hörmət edib, iclasda iştirak edərdilər", - deyə agentlik əlavə edir ki, onların iştirakı hakimiyyət üçün də maraqlı olardı.

Məsələ ilə bağlı jurnalistin sualını cavablandıran komissiya sədri, bitərəf Takuhi Tovmasyan deyib ki, müxalif deputat Zemfira Mirzoyeva ABŞ-da ezamiyyətdədir. Komissiyanın digər müxalif üzvü Areqnaz Manukyan isə xəstə olduğuna görə iclasda iştirak edə bilməyib.

Nəsib

Oxşar xəbərlər