19.11.2025, 21:08
AZ EN
27.08.2025, 11:28 243

İran prezidenti Məsud Pezeşkian Azərbaycana dair ittihamlara cavab verib

XƏBƏRLƏR
  • İran prezidenti Məsud Pezeşkian hökumət həftəsi çərçivəsində etdiyi çıxıda son bir ayda Azərbaycanla bağlı söylədiklərinə görə ona yönələn sərt ittihamlara qətiyyətli cavab verib.  Bu barədə “Azad İran” yutub kanalında yayımlanan sujetdə qeyd olunub. 

Müəllif İran liderinin  ittihamlara iki ölkənin dərin tarixi bağlarını xatırladaraq cavab verdiyini bildirib: İndi biri çıxıb mediada soruşur ki, kim deyib onlar bizim qardaşlarımızdır?

“Mən deyirəm ki, onlar bizim qardaşlarımızdır.  Əslində bizim suyumuz, torpağımız bir olub. İndi arada sərhəd çəkilib. Necə ki, məhəllədəki qonşuların hərəsinin öz evi var, hərə də öz evinin sahibidir. Amma biz bir-birimizlə qardaşıq, qohumuq”,- deyə Pezeşkian vurğulayıb.

Xatırladaq ki, iyul ayının sonunda İran prezidenti Zəncana səfəri zamanı  Azərbaycanla münasibətlər barədə geniş reaksiyalar doğuran açıqlamalar verib. Lider ikitərəfli münasibətlərin lazımi səviyyədə olmamasında İran tərəfinin məsuliyyət daşıdığını bildirib.

O, “əlaqə qurmadığımıza görə, günahkar bizik, onlarda təqsir yoxdur”- sözləri ilə çıxış edib.  Bu açıqlama isə ölkə daxilində ciddi  sensasiya doğurub. Hökumət əleyhinə çıxış edən şəxslər liderin  sözlərini kinayə ilə qarşılayıblar.

Bu kampaniyada 2024-cü il prezident seçkilərində Pezişkianın rəqibi olmuş Səid Cəliliyə yaxın adamlar , o cümlədən Cəlilini dəstəkləyən Sabitlik cəbhəsi təşkilatına mənsub siyasətçilər xüsusi canfəşanlıq göstəriblər.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər