03.02.2025, 14:43
AZ EN
03.02.2025, 12:25 36

Nikol vətəndaşların başına oyun açır

XƏBƏRLƏR
  • Fevralın 1-dən ictimai nəqliyyatda ödənişin 100 dramdan çox olmasına qarşı etiraz aksiyaları sosial tələbdən siyasi tələbə keçmişdir.

İrəvanın sabiq bələdiyyə başçısı Hayk Marutyan və "Ana Ermənistan" fraksiyasının üzvləri bu prosesdə fəallıq göstərirlər.  37 min dram pensiya ilə ərzaq və  dərman almağa gücü çatmayan pensiyaçı A.Simonyan jurnalistə deyib ki, Paşinyan bu xalqın başına oyun açmağa davam edir. Qoy pulu özü və gündə bir ölkəyə gedib milyonlar xərcləyən Anna Hakopyan versin. Daha sonra baş naziri axmaq adlandıran həmin vətəndaş əlavə edib ki, "axmaq Ermənistanı hissə- hissə xərcləyir".

Etirazçılar məsələ həll olunmayınca aksiyanı davam etdirəcəklərini bildirsələr də bir həqiqət danılmaz olaraq qalır ki, haylar sözünün üstündə durmayan toplumdur. Onlar mübarizəyə yox, başqasının maşası olmağa öyrəşiblər.

Nəsib

Oxşar xəbərlər