O, yazır ki, N.Paşinyan hər həftə istirahət günlərində müxtəlif yerlərdə olur və sakinlərlə görüşərək guya səmimi söhbət edir. Bəzən velosipedlə gəzintiyə çıxan baş nazirin bir neçə adamın toplandığını görərək onlara yaxınlaşmasını səmimilik kimi deyil siyasi gediş kimi dəyərləndirən A.Ohanyan əlavə edib ki, hayların əksəriyyəti qəflət yuxusundan hələ də ayılmayıb. Ona görə də reallığı dərk edə bilmirlər. Onun dediklərindən belə çıxır ki, hakimiyyəti, xüsusilə baş naziri dəstəkləyənlər səhv yoldadırlar və onları yalnız müharibəsiz həyat maraqlandırır. Sənəti humanizm olan bu yazarın revanşçılığa dəstək verməsi isə onun həm humanizmdən, həm də adi ana düşüncəsindən məhrum olduğunu təsdiqləyir.
N.Qaramanlı