11.09.2025, 20:28
AZ EN
11.09.2025, 16:37 159

Ovannisyan: İrəvan Bakı ilə sülh müqaviləsinin ağlabatan müddətdə imzalanmasına ümid edir

XƏBƏRLƏR
  • Ermənistan Azərbaycanla sülh müqaviləsinin ağlabatan müddətdə imzalanmasına və ratifikasiyasına ümid edir.

Bu barədə Ermənistanın ATƏT-dəki daimi nümayəndəsi Andranik Ovannisyan təşkilatın Daimi Şurasının 1533-cü iclasında bildirib.

O, Ermənistan və Bakının Minsk prosesinin bağlanması ilə bağlı birgə təşəbbüsü ilə əlaqədar aydınlıq gətirib.

A.Ovannisyanın sözlərinə görə, Ermənistan Azərbaycanla birlikdə bu strukturların bağlanması təşəbbüsünü irəli sürüb: "Vəziyyətdəki prinsipial dəyişikliklərə əsaslanaraq bu dəyişikliklər onların işini qeyri-aktual etmişdir. Təşəbbüs iki ölkənin xarici işlər nazirlərinin 2025-ci il avqustun 8-də Vaşinqtonda imzaladıqları birgə müraciət şəklində rəsmiləşdirilmişdir".

"Ermənistan və Azərbaycan xarici işlər nazirləri ATƏT-in Minsk prosesi strukturlarının bağlanması ilə bağlı birgə müraciət etdilər, çünki bu strukturlar aktuallığını itirmişdir. Nazirlər, həmçinin ikitərəfli səviyyədə münasibətlərin normallaşdırılması prosesinin davam etdirilməsi üçün BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına birgə sadiqliklərini təsdiq ediblər", - deyə daimi nümayəndə vurğulayıb.

Xatırladaq ki, Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə avqustun 8-də Ağ Evdə birgə bəyannamə imzalayıblar. Bundan əlavə, Azərbaycan və Ermənistan XİN başçıları üç ölkənin liderlərinin iştirakı ilə "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş"i paraflayıblar. (Report)

Oxşar xəbərlər