22.11.2024, 10:24
AZ EN
25.01.2024, 09:49 273

Ermənistanı Suriya ssenarisi gözləyir

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Lusine Şahverdiyanın bu başlıqla dərc etdiyi şərhdə bildirilib ki, xarici işlər naziri Ararat Mirzoyan ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında ölkəsini böyük faciələr gözlədiyini açıqlayıb.

Baş diplomatın fikirlərinin əksəriyyətini reallıq kimi qəbul edən araşdırmaçı jurnalist vurğulayıb ki, baş nazir Nikol Paşinyanın komandası xam xəyallarla yaşadığına görə Azərbaycanın istəklərinin nədən ibarət olduğunu və Ermənistan üçün hansı ssenari hazırlandığını hələ də tam qavraya bilmir. Müxbir əlavə edib ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü qəbul etmədiyini müxtəlif üsullarla sübuta yetirib. Azərbaycanda həm rəsmi, həm də qeyri-rəsmi şəxslərin, ümumiyyətlə hamının Ermənistanı Qərbi Azərbaycan adlandırmasından ciddi narahat olduğunu diqqətə çatdıran L.Şahverdiyan baş nazir N.Paşinyanın Alma-Ata bəyannaməsinə görə Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu və sabiq hakimiyyətlərin də bununla rəsmən razılaşdığını vurğulayaraq sülh sazişinə razılıq verməsini tənqid edib. Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziyalara verdiyi müsahibədə qədim Azərbaycan torpaqlarında ermənilər üçün oyuncaq dövlət qurulduğu barədə fikirlərindən Ermənistana qarşı Suriya ssenarisi yaradıldığı qənaətinə gəldiyini vurğulayan müəllif çoxsaylı erməni politoloqların da belə düşündüyünü yazıb, sonra isə əlavə edib ki, bütün bunlar Paşinyanın siyasi diletantlığından əmələ gəlib.

Politoloq Suren Çulyanın - "bu hakimiyyət "arsaxı" təhvil verməklə arxayınlaşmamalıdır. Azərbaycan bununla kifayətlənmir və yeni ərazilər əldə etmək üçün Ermənistanı Suriyaya döndərmək əzmindədir", - deyə müxtəlif sərsəm fikirlər söyləməsini də yeni uydurmalarla təsdiqləyən müxbir əmindir ki, gün gələcək Ermənistan Suriya kimi parçalanacaq və qazanan Azərbaycan olacaqdır.

Nə deyirik, kaş o gün tez gələ.

Nəsib Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR