Ermənistan KİV-inə istinadən xəbər verilir ki, komissiyanın rəhbəri Andranik Köçəryan iclas iştirakçılarına telefonlarını seyfə qoymağı təklif edib.
2021-2026-cı illər üçün hökumət proqramının icrasına həsr olunan iclasda müdafiə nazirinin bütün müavinləri, nazirliyin hüquq və maliyyə məsələləri üzrə departament rəisləri iştirak ediblər.
Qapalı iclas başlamazdan əvvəl Papikyan qısa giriş nitqi ilə çıxış edərək bildirib ki, 2023-cü ildə Müdafiə Nazirliyinin beş proqramı üzrə dövlət büdcəsindən 526,47 milyard dram (1,3 milyard dollar ABŞ dolları) ayrılıb, büdcədən maliyyələşmənin icrası 99,8 faiz təşkil edib. (Report)