05.08.2025, 17:52
AZ EN
05.08.2025, 14:25 266

Ermənistanda tibb mərkəzindən pul terminalı oğurlanıb

XƏBƏRLƏR
  • Ermənistanda iki nəfər Spitak tibb mərkəzinin (Lori vilayəti) binasından ödəniş terminalını oğurlayıb.

Bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Hadisə iyunun 21-də baş verib. İki naməlum şəxs tibb müəssisəsinə daxil olaraq içində 447 700 dram (təxminən 1,1 min dollar) olan terminalı götürüb və sakitcə binanı tərk edib. Növbətçi tibb bacısı onları dayandırmağa çalışsa da, bu, nəticə verməyib.

Oğurluq faktı ilə bağlı cinayət işi açılıb. Şübhəlilərdən biri həbs edilib, digəri isə axtarışa verilib. (Report)

Oxşar xəbərlər