14.07.2025, 18:50
AZ EN
14.07.2025, 13:59 206

Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronu yenidən Ermənistana dəvət edib, bu, üç il ərzində 6-cı dəvətdir.

Bu barədə Paşinyanın Fransanın milli bayramı olan Bastiliyanın alınması Günü münasibətilə göndərdiyi məktubda deyilir.

"Bu il sizi Ermənistanda dövlət səfəri ilə qəbul etmək imkanını böyük ümidlə gözləyirəm", - məktubda qeyd olunub.

N.Paşinyan qeyd edib ki, yüksək səviyyəli sıx siyasi dialoq sayəsində səmərəli əməkdaşlıq bu gün strateji tərəfdaşlığa çevrilib.

"Biz, həmçinin dost Fransanın davamlı mühüm dəstəyini və Cənubi Qafqazda ədalətli və dayanıqlı sülhün qurulmasına yönəlmiş şəxsi səylərinizi yüksək qiymətləndiririk", - məktubda bildirilib.

Fransa Prezidentinin Ermənistana ilk səfəri 2018-ci ilin oktyabrında olub. 2023-cü ildə erməni KİV-i yazırdı ki, Makron sentyabrın 21-də, Ermənistanın Müstəqillik Günündə ölkəyə səfər edəcək. Lakin səfər baş tutmadı. (Report)

Oxşar xəbərlər