08.09.2024, 07:35
AZ EN
16.02.2023, 17:46 313

Erməni spiker Latviya səfirinə şikayətlənib

XƏBƏRLƏR

Ermənistan parlamentinin sədri Alen Simonyan bu gün Latviyanın Ermənistanda yeni təyin olunmuş səfirini qəbul edib. O, səfirə yeni vəzifəsinin uğurla icrası üçün hər cür şərait olduğunu bildirib və ona müvəffəqiyyətlər arzuladıqdan sonra milli ənənələrinə uyğun olaraq Azərbaycanın əleyhinə əsassız iddialar irəli sürərək bildirib ki, guya Azərbaycan 2021-ci mayın 12-dən etibarən Ermənistanın suveren ərazisinin bir hissəsini tutub və beynəlxalq hüquq normalarını pozmaqda davam edərək Laçın- Xankəndi yolunu bağlayıb. “Lurer.com" səfirin ona hansı cavabı verdiyini isə yazmayıb.

Nəsib

Oxşar xəbərlər