Bu barədə Ermənistan Ekologiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Kütləvi informasiya vasitələrində iri su anbarlarının bəndlərinin dağılma təhlükəsi barədə xəbərlər yayılsa da, nazirlik bu məlumatı təkzib edib.
“O cümlədən, Axuryan su anbarı 80%, Arpaliç 88%, Aparan 52%, Azat 90%, Marmarik su anbarı 97% doludur”, - deyə nazirlik qeyd edib.
Qeyd edək ki, Ermənistanın Lori rayonunda güclü yağışlar nəticəsində Debed və Aqstev çayları məcrasından çıxıb. Yollar ciddi zədələnib, sürücülərdən Gürcüstanla sərhədə getmək üçün başqa yollardan istifadə etmələri xahiş olunur. (Report)