- Məlum olduğu kimi, rusiyalı deputat Konstantin Zatulin daim erməniləri dəstəkləyib və Azərbaycan əleyhinə qarayaxmalarla daim gündəmdə olmağa çalışıb. Amma Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın bu günlərdə dediyi "Rusiya Qarabağı təhvil verdi" -sözləri K.Zatulini, nəhayət, həqiqəti deməyə vadar edib. Zatulin deyib ki, bu sözlər tam mənası ilə yalandır.
Bu xəbəri yayan "Hraparak" əlavə edib ki, Zatulin Ermənistanın Qərblə əməkdaşlığını da tənqid edib və bunun bölgədə sakitliyin olmamasına xidmət etdiyini vurğulayıb.
N.Qaramanlı