02.08.2025, 23:04
AZ EN
25.02.2025, 13:48 310

Səhiyyə naziri yalan danışıb

XƏBƏRLƏR
  • "Hraparak" yazıb ki, səhiyyə naziri Anahid Avanesyan bir neçə gün öncə ölkədə güclü qar yağacağını, yolların buz başlayacağını bildirərək bundan əziyyət çəkən, yıxılaraq zədə alanların istənilən tibb müəssisəsində pulsuz müalicə olunacağını bildirmişdi.

Amma sakinlər şikayətlənirlər ki, donmuş yollarda yıxılanda zədə alanlara tibbi xidmət əvvəlkilərdən də bahadır. Həkimlər və tibb bacıları nazirlikdən pulsuz xidmətlə bağlı heç bir rəsmi sənəd, yaxud şifahi tapşırıq verilmədiyini bildiriblər. Qardan bədən xəsarəti alanların dediklərinə görə isə apteklərdə adi sarğı materiallarının qiymət artımı da getdikcə genişlənir, Səhiyyə nazirliyi və əlaqədar qurumlar isə seyrçi mövqe nümayiş etdirirlər.

Agentlik xatırladıb ki, fevralın 20-dən kəskinləşən hava şəraitində yüzlərlə vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alsalar da onlar tibbi xidmət üçün ödənişlər etməyə məcbur olublar.

Nəsib

Oxşar xəbərlər

SON XƏBƏRLƏR