19.11.2025, 20:04
AZ EN
14.11.2025, 08:23 210

Paşinyan: Xarici borcumuz silah alışı hesabına artıb

XƏBƏRLƏR
  • Ermənistanın xarici borcunun artmasının səbəblərindən biri silah alışları olub.

Bu barədə ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

"Bizi qınayırlar ki, niyə borc 8 milyard dollara qədər artıb, biz bu vəsaitlərlə nə etdik? Demək istəmirdim, amma deyəcəyəm - biz silah aldıq. Kredit vəsaitləri hesabına? Bəli, kredit vəsaitləri hesabına, çünki dərhal və çox silah lazım idi", - o qeyd edib.

N.Paşinyan qeyd edib ki, əgər kimsə onun dediklərinə inanmırsa, o, əldə edilmiş silahları nümayiş etdirməyi təklif edir.

Daha əvvəl Ermənistanın maliyyə naziri Vahe Ovannisyan 2026-cı il üçün büdcə layihəsini təqdim edərkən qeyd edib ki, ölkənin dövlət borcu 2018-ci ildən bəri 80 % artıb. (Report)

Oxşar xəbərlər