20.09.2024, 07:50
AZ EN
11.03.2024, 10:23 259

Azərbaycanın tələbi yerinə yetiriləcək

XƏBƏRLƏR
  • Ermənistan parlamentinin müxalif deputatlarından olan Tiqran Abrahamyan "Hraparak"dakı bugünkü paylaşımında Qazağın anklav olmayan 4kəndi barədə yazıb və vurğulayıb ki, Azərbaycan həmin kəndlərin tezliklə qaytarılmasında israrlıdır. Nikol və komandası isə artıq bununla razılaşıb. Digər kəndlərin taleyi ilə bağlı da Azərbaycanın tələbi var və bu tələb də  yerinə yetiriləcək.

Deputat daha sonra erməni xisləti ilə yazıb ki, guya Azərbaycan 100-lərlə hay əsgərini məhv etməklə  Ermənistanın "suveren ərazisinin"  xeyli hissəsini də nəzarətdə saxlayır və sərhədlərin həmin yerlərdən başladığını bildirir.

O, daha sonra əlavə edib ki, Paşinyan və komandası Azərbaycanın dövlət başçısı və siyasəti qarşısında  acizdir və onların hər bir tələbini gecikdirmə ilə olsa da yerinə yetirir.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR