Bu barədə Armen Qriqoryan sosial şəbəkə hesabında paylaşım edib.
"Yanvarın 14-də Milli Təhlükəsizlik Müşavirlərinin Davosda keçirilən 4-cü iclası çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynla ikitərəfli görüşüm oldu. Biz Ermənistan-ABŞ ikitərəfli münasibətlərini və bu münasibətlərin gündəliyinin daha da inkişaf etdirilməsi məsələlərini müzakirə etdik.
Biz həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı fikir mübadiləsi apardıq", - o, paylaşımda qeyd edib. (APA)