10.06.2025, 01:36
AZ EN
23.02.2024, 12:02 350

Fransanın müdafiə naziri Ermənistandadır

XƏBƏRLƏR
  • "Hraparak" Ermənistan müdafiə nazirliyinə istinadən xəbər verib ki, Fransanın müdafiə naziri Sebastian Lekorn artıq İrəvandadır.

Onu Ermənistanın müdafiə naziri Suren Papikyan qarşılayıb. Qarşılanma zamanı fəxri qarovul dəstəsinin önündən keçilib, hərbi orkestr hər iki dövlətin himnlərini səsləndib.

Əlavə olunub ki, fransalı nazirin baş nazir Nikol Paşinyanla da görüşü nəzərdə tutulub.

Agentlik yazmasa da məlumdur ki, bacı dövlətlərin rəsmiləri yenə də Azərbaycan əleyhinə qiybət edəcəklər.

N.Qaramanlı

Oxşar xəbərlər