Ermənistanın sabiq prezidenti Robert Koçaryan bunu İrəvanda keçirilən mətbuat konfransında deyib. O, Avropa İttifaqına üzvlük məsələsinin ölkədə keçiriləcək parlament seçkilərində əsas mövzu olacağını bildirib.
Qeyd edək ki, fevralın 12-də Ermənistan parlamenti Avropa İttifaqına üzvlük haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.
Ermənistanın ikinci prezidenti olan və 1998-2008-ci illərdə ölkəyə rəhbərlik edən Robert Koçaryan hazırda respublika parlamentində ən böyük müxalifət fraksiyasına malik “Ermənistan” blokunun lideridir. (AZƏRTAC)