20.12.2024, 21:37
AZ EN
20.12.2024, 15:49 42

Zəngəzur dəhlizi açılacaq

XƏBƏRLƏR
  • Ermənistanın sabiq xarici işlər naziri Vartan Voskanyan "Hraparak"ın sualına cavabında deyib ki, Azərbaycan Prezidentinin son müsahibəsində Zəngəzur dəhlizi barədə geniş danışmaması həmin məsələnin həll olunacağı anlamına gəlir.

O, əlavə edib ki, Paşinyan "Zəngəzur bizim qırmızı xəttimizdir" desə də bu məsələ  çoxdan Azərbaycanın xeyrinə həll edilib. "Azərbaycan nə vaxt istəsə həmin əraziyə girər "- deyə sabiq nazir əlavə edib ki, vaxtilə Paşinyan "arsax Ermənistandır və nöqtə deyirdi. Azərbaycan Prezidenti isə "Qarabağ Azərbaycandır və nida" - deyərək məsələni özü istədiyi kimi həll etdi. Zəngəzurda da belə olacağına əminlik ifadə edən Voskanyan hakimiyyətin yarıtmaz fəaliyyətindən gileylənib.

Nəsib

Oxşar xəbərlər