Ermənistan mediası xəbər verir ki, bu barədə müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın səhifəsində bildirilib.
Sənəd qismən açıqlanacaq.
Hələ may ayında komissiyanın rəhbəri Andranik Koçaryan deyib ki, sənəd sentyabrın sonunda - parlamentin növbəti sessiyasında dərc olunacaq.
Komissiya 2022-ci ilin fevralında “Vətəndaş Müqavilə”si fraksiyasının təşəbbüsü ilə yaradılıb. 2020-ci il müharibəsindən əvvəl və müharibə dövründə ölkənin müdafiə və xarici siyasətinə cavabdeh olan şəxslər komissiyanın iclaslarına dəvət edilib. (APA)