20.09.2024, 10:43
AZ EN
07.09.2023, 11:17 316

Separatçılar sentyabrın 8-ə “seçki” təyin etdi

XƏBƏRLƏR
  • Araik Arutyunyanın “istefası”ndan sonra Qarabağdakı separatçılar özlərinə yeni rəhbər “seçmək” üçün hazırlıqlara başlayıb. Artıq Qarabağda - Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində məskunlaşmış ermənilər kimləri özlərinə “prezident” qondaracaqlarını da müəyyənləşdiriblər.

“Vətən səsi” separatçılar sentyabrın 8-də “seçki” keçirmək niyyətindədirlər. Yeni “prezident”i qondarma rejimin “parlament” adlandırdığı yığıncağa toplanmış “fraksiyalar”ın irəli sürdüyü “namizədlər” arasından “deputatlar” seçəcək.

Hələlik separatçı rejimin “başçısı” postuna daha çox qondarma “dövlət naziri” təyin olnmuş “eks-təhlükəsizlik katibi” və “dövlət naziri” Samvel Şahramanyanın və qondarma “parlament”in oyuncaq spikeri David İşxanyanın namizədliyini nəzərdən keçirirlər.

Erməni mətbuatı yazır ki, Şahramanyanın qondarma rejimin lideri seçilmək şansı daha çoxdur. Çünki o, separatçıların keçmiş başçısı Bako Saakyanın yaxın adamlarından biri hesab olunur. Üstəlik, güclü təzyiq altında sentyabrın 1-də vəzifəsindən “istefa” vermiş Arayik Arutunyanın da Şahramanyanı dəstəklədiyi bildirilir.

Elxan SALAHOV

Oxşar xəbərlər