09.06.2025, 10:36
AZ EN
07.09.2023, 21:45 302

Ermənistanda Rusiya yönümlü müxalif bloger saxlanılıb

XƏBƏRLƏR
  • Erməni bloger Mika Badalyan “odlu silahların qanunsuz dövriyyəsi” ittihamı ilə 72 saat müddətinə saxlanılıb.

Bu barədə onun vəkili Erik Aleksanyan yerli KİV-ə açıqlamasında bilıdirib.

Sentyabrın 6-da və 7-də Sünik rayonunda Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidməti tərəfindən Cinayət Məcəlləsinin 335-ci maddəsinin 2-ci hissəsi ilə başlanmış cinayət işi çərçivəsində cinayətin törədilməsində əsaslı şübhə ilə Ermənistan Respublikasında Mika Badalyan və Aşot Gevorkyan da daxil olmaqla 7 nəfər həbs edilərək İstintaq Komitəsinə təhvil verilib.

Bunu Ermənistan Respublikası İstintaq Komitəsinin mətbuat katibi Qor Abrahamyan sosial şəbəkə hesabında bildirib.

Abrahamyan qeyd edib ki, istintaq-əməliyyat tədbirləri davam edir. (APA)

Oxşar xəbərlər