"Hraparak TV"- yə müsahibə verən bir qadın isə deyib ki, bu yolla heç nəyə nail olmaq mümkün deyil. Hakimiyyət nöqsanlar içində çabalasa da düz deyir ki, din xadiminin, keşişin küçədə nə işi var? Onlar dini işlərlə məşğul olmalıdırlar, siyasəti isə siyasilərin öhdəsinə buraxmalıdırlar.
Mövqeyi soruşulan digər qadın isə keşişlərin haqlı olduqlarını vurğulayıb və xatırladıb ki, erməni dövlətçiliyi olmayanda kilsə xalqın ağırlığını öz çiyninə götürdü və nəticədə dövlət yaradıldı.
Bütün ermənilərin katalikosu İkinci Qareginin də etirazçıların tərəfində olduğunu bildirən həmin erməninin fikrincə, artıq hakimiyyətə deyil kilsəyə daha çox inamlıdır.
Nəsib