09.06.2025, 00:02
AZ EN
21.05.2023, 10:34 325

Ermənilər küçədə yatıb

XƏBƏRLƏR
  • İkinci Qarabağ müharibəsində ölən əsgərlərin bir neçəsinin valideyni mayın 20-də hökumət binası önündə gecələyib. Buna səbəb Qayane Hakopyanın baş nazir Nikol Paşinyanın oğlunu oğurlamağa cəhddə suçlanaraq məhkəmə tərəfindən 1 ay müddətinə həbs olunmasıdır. "Hraparak"ın bu gün yaydığı xəbərə görə həlak olan əsgərlərin doğmaları Qayane Hakopyanın həbsdən dərhal azad edilməsi üçün keçirdikləri aksiyada belə qərara gəliblər ki, növbə ilə hökumət binasının önündə gecələsinlər.

Aksiya iştirakçıları bir neçə yolu bağlamaqla da hökumətə növbəti tənqidlər ünvanlayıblar. İştirakçılardan biri deyib ki, baş nazirin oğlu da özü kimi yalançı, şərçi, böhtançıdır. Narkotik istifadəçisidir və nə danışdığını özü də bilmir.

Aksiya davam edir və bu gecə də hökumət binası önündə yatmaq qərarlaşdırılıb.

Nəsib

Oxşar xəbərlər