Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ani Badalyan “Sputnik Armenia”ya bildirib.
XİN rəsmisinin sözlərinə görə, KTMT rəhbəri ilə Ermənistan XİN başçısı Ararat Mirzoyan arasında keçirilən görüşün məlum təfərrüatlarından əlavə digər hər hansı məlumat yoxdur.
Qeyd edək ki, KTMT Baş katibi dünən Ermənistana səfər edib. Səfəri çərçivəsində Mirzoyanla görüş keçirib. Tasmaqambetov Təşkilatın Minskdə keçirilən sammitinin yekunlarını nazirə təqdim edib. Tərəflər nəqliyyat və iqtisadi kommunikasiyaların inkişafı layihələrini, Ermənistan hökumətinin irəli sürdüyü “Sülh kəsişməsi” layihəsini müzakirə ediblər.
Xatırladaq ki, 23 noyabrda Belarus paytaxtı Minskdə KTMT liderlərinin sammiti keçirilib. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan dövlət başçılarının iştirak etdiyi sammitdə təşkilata üzv ölkələrdən Ermənistan tərəfi təmsil olunmayıb. Ermənistan Baş naziri sammitdə iştirakdan imtina edib. Sammit çərçivəsində sənədlər paketi qəbul edilib. Ermənistan nümayəndə heyəti sammitdə iştirak etmədiyi üçün sənədlərin üzərində erməni tərəfinin imzası yoxdur. (APA)