19.04.2025, 16:42
AZ EN
02.07.2024, 10:38 345

Paşinyanın siyasəti dəstəklənir

XƏBƏRLƏR
  • "Hraparak"ın "Paşinyanın "demokratiyası"" başlıqlı məqaləsində göstərilir ki, keşiş Bağratın başçılığı ilə keçirilən etiraz aksiyalarında saxlanılaraq barələrində 3-4 il müddətinə azadlıqdan məhrum etmə hökmü çıxarılan 100-dən çox müxalifətçinin taleyi nə iqtidarı, nə də müraciət ünvanlanan beynəlxalq təşkilatları düşündürmür. Əlavə olunub ki, bütün cəhdlər nəticəsiz qalmaqdadır və bir neçə beynəlxalq təşkilatların rəsmiləri Ermənistanda demokratiyanın getdikcə inkişaf etdiyini vurğulayıblar.

Dünən isə belə bir açıqlama verilib: "Bir həqiqət aydın görünür ki, Ermənistanda demokratiya ciddi kök atır və bu ölkə indiki qlobal demokratiya mühitində bir hissəyə çevrilir". Agentlik iddia edir ki, bu sözlərdən sonra hakimiyyət müxalifətə qarşı daha kəskin mövqe nümayiş etdirəcək.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR