"Hraparak"ın müxbiri Norayr Martirosyanın bu gün paylaşdığı "Mən Ararat Mirzoyanın yerinə olsaydım istefa verərdim" başlıqlı məqalədə qeyd olunur ki, dünən İrəvan vaxtı ilə gecə saat 23-də BMT təhlükəsizlik şurasının iclasında Qarabağdakı olaylara həsr olunmuş məsələ müzakirə olunub. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın ünvanına əsassız ittihamlarla çıxış etdikdən sonra söz Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov verilib. Azərbaycanın baş diplomatı erməni həmkarının yalanlarını faktlarla ifşa edib və bildirib ki, hətta Ermənistan dövlətinin başçıları da Qarabağın Azərbaycan ərazisi olduğunu dəfələrlə bəyan edib. Xankəndi və onun ətrafında aparılan bir günlük lokal antiterror əməliyyat isə Azərbaycanın daxili işidir və bu əməliyyatda dinc erməni əhaliyə zərər dəyməyib, əksinə onlar terrorçuların girovluğundan azad edilib və Azərbaycanın Yevlax şəhərində erməni nümayəndələri ilə görüşdə müsbət nəticələr əldə olunub. Azərbaycan erməni nümayəndələrin xahişi ilə Qarabağdakı vətəndaşlarına humanitar yardım etməyə başlayıb.
Daha sonra müzakirələr olub və Ararat Mirzoyanın təklifi qəbul edilməyib. Bu isə İrəvandakı revanşizm hayların qəzəbinə səbəb olub. Onlar deyirlər ki, Ararat Mirzoyan istefa verməlidir.
N.Qaramanlı