10.03.2026, 15:28
AZ EN
10.03.2026, 13:36 25

Ermənistanda eks-prezident Sarqsyanın qardaşının həbs edilməsi barədə qərar qəbul edilib

XƏBƏRLƏR
  • Ermənistanın Antikorrupsiya Məhkəməsi ölkənin üçüncü prezidenti Serj Sarqsyanın qardaşı Aleksandr Sarqsyanın saxlanılması barədə qərar qəbul edib.

Bu barədə erməni KİV-ləri Antikorrupsiya Məhkəməsinin mətbuat katibi Armine Novruzyana istinadən xəbər verir.

Onun sözlərinə görə, saxlanma istintaq orqanının onun həbsi ilə bağlı vəsatəti əsasında həyata keçirilib. Hakim Sarkis Petrosyan vəsatəti təmin edib.

Aleksandr Sarkisyan xüsusilə külli miqdarda mənimsəmə törətməkdə ittiham olunur. (Report)

Oxşar xəbərlər