08.09.2024, 04:46
AZ EN
01.03.2024, 12:45 306

Mədəniyyət də siyasi məqsədlərə xidmət edir

XƏBƏRLƏR
  • Fevralın 29-da baş nazir Nikol Paşinyanın sədrliyi ilə hökumətin növbəti iclası keçirilib.

"Hraparak" xəbər verir ki, sözügedən iclasda baş nazirin çıxışından sonra təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyanın məruzəsi dinlənilib. Nazir vurğulayıb ki, ölkədəki islahatlar mədəniyyət sahəsində də davam edir. Belə ki, artıq "mədəniyyət fondu" adlanan qurum da yaradılıb. Bu isə idarəçilik sahəsində yaxşı nəticələrə gətirib çıxaracaq. Həmin fondun mühasibatlığının, xərclərə nəzarətin də nazirliyin tabeliyində olacağı barədə fikir isə baş nazir Nikol Paşinyanın etirazı ilə qarşılanıb. O, bildirib ki, belə olduğu halda müstəqil fəaliyyətdən söhbət gedə bilməz. Məqsəd muzeylərin fəaliyyətini genişləndirmək, oraya girişi ödənişsiz etməklə daha çox insanın gəlişini təmin etməkdir. Fond nazirliyin tabeliyində deyil, müstəqil olmalıdır ki, ondan şəxsi məqsədlər üçün deyil, siyasi layihələrin icrası üçün baza kimi istifadə olunsun. Baş nazirin iradlarını qəbul edən nazir Janna Andreasyan  həmin fondun indiki siyasətə xidmət edəcəyini və bu işə iyun ayından başlanacağını vəd edib.

Əlavə edək ki, sözügedən iclas zamanı həyətdəki etirazçılar həm baş nazirin, həm də Janna Andreasyanın istefasını tələb ediblər və bu aksiya bu gün də davam edir. Səbəb isə 7-ci sinfin tarix dərsliyidən bir neçə saxta mövzunun çıxarılmasıdır.

N.Qaramanlı

Oxşar xəbərlər