14.03.2025, 22:15
AZ EN
10.02.2025, 15:44 246

Paşinyan gizlənməyə yer tapmayacaq

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Hasmik Babacanyan "Əgər hər şey könüllü təhvil verilirsə, eskalasiya nədir" başlıqlı məqaləsini baş nazir Nikol Paşinyanın bu gün özünün FB səhifəsində paylaşdığı "Sülhün bütün şərtləri mövcuddur, eskalasiya yoxdur" sözləri ilə başlayıb.

Müxbir əlavə edib ki, baş nazir gərək belə yaza idi: "Hayastan Azərbaycana hücum etməyə hazırlaşır, amma daha yaxşı olardı ki, Azərbaycan Hayastanın üzərinə hücum etsin". Baş nazirə "yaxşı olar ki, sən gedib basdırmalı qayqanaq bişirəsən. Bu səndə yaxşı alınır",- deyə etikadankənar tövsiyə verən Hasmikin Azərbaycanın mütləq hücum edəcəyinə inam ifadə edərək cəmiyyətdə çaşqınlıq yaratmaq istəyi isə heç də birinci cəhd deyil. Daim milli, dini ayrı seçkiliyə xidmət edən yazıların müəllifi olan bu qadın sonda belə bir fikri vurğulayıb ki, Azərbaycan əsgərləri müharibəyə başlayanda nəinki əhali heç Paşinyan da gizlənməyə yer tapmayacaq.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR