“Armenpress” xəbər verir ki, bunu Britaniyanın Ermənistandakı səfiri Con Qallaher bildirib.
“Britaniya yaradılmasında və səmərəli fəaliyyətində ABŞ və Avropa İttifaqının vasitəçi kimi çıxış etdiyi platformanı, eləcə də Ermənistan və Azərbaycan tərəflərinin konstruktiv danışıqlarda iştirakını dəstəkləyir”, - o bildirib.
Diplomatın sözlərinə görə, Azərbaycan və Ermənistan nümayəndələrinin danışıqlar aparması faktı ümidvericidir: “Böyük Britaniya iki tərəf arasında birbaşa görüşləri təşviq edir və konstruktiv atmosferi nəzərə alaraq, ən həssas məsələlərin belə müzakirə oluna biləcəyinə əmin olaraq görüşləri daha tez-tez təşkil etməyə çağırır”.
Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə toxunan C.Qallaher bildirib ki, Britaniya bu məsələdə də tərəfləri dəstəkləyir: “Ermənistanla Türkiyə arasında münasibətlərin tənzimlənməsi region üçün böyük əhəmiyyət kəsb edir və xüsusilə, Ermənistana xarici siyasətini şaxələndirməyə, daha təhlükəsiz ölkəyə çevrilməyə kömək edəcək”. (Report)