20.09.2024, 12:40
AZ EN
03.07.2023, 14:32 281

Paşinyan separatçıların başçısı ilə hər gün danışır

XƏBƏRLƏR

Ermənistanın baş naziri Nikol Paşinyanın sözçüsü Nazeli Bağdasaryan bildirib ki, son günlər müxtəlif mətbuat orqanlarında Ermənistan hakimiyyətinin Xankəndidəki separatçı rejimin rəhbərliyi ilə əlaqə saxlamadıqları və vəziyyətlə maraqlanmadıqları barədə materiallar dərc edilir. O, yazır halbuki baş nazir Nikol Paşinyan Araik Harutyunyanla hər gün danışıb mövcud vəziyyətlə maraqlanır. Daha sonra isə əlavə edib ki, bunu separatçıların başçısı Araik Harutyunyan özü də müxtəlif mövzulardakı çıxışları zamanı təsdiqləyib. Azərbaycan ekofəallarının aksiyası zamanı Xankəndiyə humanitar yardımın göstərilməsi üçün Tiqran Xaçatryanın rəhbərliyi ilə işçi qrupunun yaradılmasının da məhz Paşinyanın təşəbbüsü olduğunu xatırladan mətbuat rəhbəri beynəlxalq təşkilatların köməyi ilə Qarabağdakı haylara daim dəstək olunduğunu və bunun davam etdiyini vurğulayıb. Sonda isə əminliklə bildirib ki, Paşinyan və komandası heç vaxt separatçılardan əlini çəkməyəcək. Yayılan xəbərlər isə feyk olmaqla xalqın mandatını almış baş nazirə qarşı siyasi qərəzdir.

Nəsib

Oxşar xəbərlər