Bu barədə kombinat məlumat yayıb.
"Bir qrup işçi və kənar şəxslərin şirkətin normal fəaliyyətinə qanunsuz müdaxiləsi nəticəsində müəssisə gündəlik təxminən 400 milyon dram, dövlət isə təkcə vergilər şəklində gündə 100 milyon dramdan çox zərər çəkib. Şirkətin minlərlə işçisi çətin vəziyyətə düşüb. Gözləyirik ki, qanun pozucuları qanunla nəzərdə tutulmuş məsuliyyətə cəlb olunacaqlar", - kombinatdan bildirilib.
Zəngəzur mis-molibden kombinatının əməkdaşları artıq bir həftəyə yaxındır ki, əmək haqqının artırılması və əmək şəraitinin yaxşılaşdırılmasını tələb edərək tətil keçirirlər. Kombinatın rəhbərliyi və həmkarlar ittifaqı bu hərəkətləri qanunsuz, irəli sürülən tələbləri isə qeyri-real adlandırıb. Etirazlara müəssisə ilə əlaqəsi olmayan şəxslər də qoşulub. (Report)