20.10.2024, 01:44
AZ EN
08.07.2024, 13:16 259

Zorakılıq ənənəyə çevrilib

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Karen Martirosyan bir neçə gün öncə yazmışdı ki, "Azadlıq" prospektində köhnə həyət evlərinin çoxu sökülüb və yerində çoxmərtəbəli bina inşa edilir.

Bu gün isə yazıb ki, həmin yerdə sakinlərin etiraz aksiyası keçirilir. Onlar özəl tikinti işi aparan rəhbərlərlə görüşmək istəsələr də heç kəs gəlməyib və oraya əlavə polislər yerləşdirilib. Etirazçılara xəbərdarlıq edilib ki, ərazini boşaltmasalar güc tətbiq ediləcək. Sakinlər isə heç yana getməyəcəklərini, İrəvanda qanunsuzluğun, polis zorakılığının ənənəvi halda davam etdiyini vurğulayıblar.

N.Qaramanlı

Oxşar xəbərlər