31.07.2025, 22:36
AZ EN
03.07.2024, 10:26 369

Paşinyan konstitusiya layihəsi hazırlatdırır

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Lusine Şahverdiyan bu gün yayılmış "Əliyevin tələb etdiyi konstitusiyanın kimlər yazacaq" başlıqlı məqalədə göstərilir ki, 2022-ci ildən indiyədək Ermənistan konstitusiyasında dəyişikliklər edilməsi barədə fikirlər gündəmdən düşmür. Baş nazir bu məqsədlə ədliyyə naziri, ombudsman, ali məhkəmə şurasının sədri, xüsusi tapşırıqlar üzrə səfir, bir neçə deputatdan ibarət komissiya da yaradıb. Bu günlərdə isə həmin komissiyanın tərkibinə müstəqil hüquqşünaslar da daxil edilib.

Müxbir daha sonra yazıb ki, sözügedən komissiya yeni konstitusiyanın  layihəsini tam  hazırladıqdan sonra layihə 2026-cı il dekabrın 30-da təsdiq edilməli və referendumun keçirilməsinin vaxtı açıqlanmalıdır. 44 günlük müharibənin nəticələrinə və ondan sonrakı  olaylara xəstə təxəyyüllə baxan müxbir belə qənaətə gəlib ki, komissiya layihəni hazırladıqdan sonra mətn Bakıya göndəriləcək və rəsmi Bakının verdiyi rəy əsas götürüləcək.

Xatırladaq ki, Ermənistanın indiki konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası var və yeni qəbul ediləcək konstitusiyada bunların çıxarılması tələb olunur.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR