05.08.2025, 19:39
AZ EN
05.08.2025, 11:34 220

Ermənistan prezidenti İranın vitse-prezidenti ilə görüşüb

XƏBƏRLƏR
  • Türkmənbaşıda keçirilən dənizə çıxışı olmayan ölkələrin konfransı çərçivəsində Ermənistan prezidenti Vaaqn Xaçaturyan İranın vitse-prezidenti Məhəmməd Rza Arif ilə görüşüb.

Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Onlar, həmçinin regiondakı vəziyyəti müzakirə edib, eləcə də sülh şəraitində birgə yaşamağa sadiqliklərini təsdiqləyiblər.

Tərəflər iqtisadiyyat, energetika, infrastruktur və yüksək texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsini də müzakirə ediblər.

V.Xaçaturyan İran şirkətinin "Şimal-Cənub" nəqliyyat dəhlizinin Meğri-Qacaran hissəsinin tikintisində iştirakını yüksək qiymətləndirib. (Report)

Oxşar xəbərlər