19.11.2025, 21:01
AZ EN
11.11.2025, 12:57 123

Simonyan Aİ səfirləri ilə Bakı və İrəvan arasında sülh prosesini müzakirə edib

XƏBƏRLƏR
  • Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistanda akkreditə olunmuş Avropa İttifaqına (Aİ) üzv dövlətlərinin diplomatik missiyalarının rəhbərləri ilə görüşündə Bakı və İrəvan arasında sülh prosesini müzakirə edib.

Bu barədə Ermənistan KİV-ləri xəbər verir.

"Görüş zamanı Ermənistanla Azərbaycan arasında sülh prosesinə və regional hadisələrə xüsusi diqqət yetirilib. Eyni zamanda, Ermənistan-Aİ tərəfdaşlığı ilə bağlı müxtəlif məsələlərin və parlament səviyyəsində münasibətlərin dərinləşdirilməsinin ətraflı müzakirəsi aparılıb", - məlumatda bildirilib. (Report)

Oxşar xəbərlər