10.10.2025, 09:14
AZ EN
08.10.2025, 08:30 243

Ermənistanda narkotik vasitələrlə bağlı cinayət hadisələri artıb

XƏBƏRLƏR
  • Ermənistanda narkotik vasitələrlə bağlı cinayət hadisələri artıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Kriminal Polisi məlumat yayıb.

Məlumata görə, cari il yanvarın 1-dən sentyabrın 23-dək ölkədə narkotiklərlə bağlı 2 972 ​​cinayət hadisəsi qeydə alınıb ki, onlardan 2 691-i narkotik vasitələrin qanunsuz dövriyyəsidir.

Qeyd olunur ki, ötən ilin yanvar-sentyabr ayları ərzində narkotiklərlə bağlı 2 571 cinayət qeydə alınıb ki, bunun da 2 437-si narkotik vasitələrin qanunsuz dövriyyəsi olub.

Məlumata görə, cari il bu işlər üzrə 1 023 nəfər, o cümlədən 31 qadın, 15-17 yaşlı 39 nəfər, 25-29 yaşlı 141 şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-avqust ayları arasında narkotiklərlə bağlı 361 iş məhkəmələrə göndərilib, onlardan 10-a xitam verilib.Report)

Oxşar xəbərlər