22.11.2024, 10:19
AZ EN
08.01.2024, 10:31 336

Erməni həyasızlığı davam edir

XƏBƏRLƏR
  • "Arsax" adlanan sepatçı rejimin və Ermənistanın legitim hakimiyyəti tərəfindən buraxıldığı bildirilsə də hələ də utopiyadan əl çəkmək istəməyən çoxsaylı erməni vardır.

Yanvarın 7-də mövludu qeyd olunan İsa peyğəmbərin də bəzən erməni olduğunu müxtəlif "sübutlarla" bəyan edən bu toplumun Geğam Srepanyan adlı bir üzvü isə özünü "arsaxın ombudsmanı" adlandıraraq ailə və uşaq məsələləri barədə söylədiyi cəfəng fikirlərini "Hraparak"ın bu günkü yayımında paylaşıb. Deyib ki, doğru, dürüst olmasanız, yalan yalanı üstələyəcək və cəmiyyətin məhvinin qarşısı alınmayacaq. Bu məsələdə onunla razılaşmamaq olmaz. Axı, həyat özü sübut etdi ki, yalana, uydurmaya inanaraq separatçılığa başlayan erməni cəmiyyəti artıq məhv olmaq ərəfəsindədir. Amma çıxış yolu da var: reallığı qəbul edib heç olmasa bundan sonra sağlam düşüncəyə yiyələnmək. Əks təqdirdə hay toplumunun özü sonu faciəli nağıla dönəcək.

Nəsib

Oxşar xəbərlər

SON XƏBƏRLƏR