08.09.2024, 05:29
AZ EN
31.05.2023, 11:52 220

Paşinyan Serjiki yıxıb sürüdü

XƏBƏRLƏR

"Hraparak" xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün İrəvanda keçirilən "Erməni demokratiya forumu"nda çıxışı zamanı ümumi demokratik dəyərlərlə yanaşı Serj Sarkisyan barədə də fikirlərini açıqlayarkən bildirib ki, Serj Sarkisyanın 2020-ci il müharibəsi barədə dedikləri cəfəngiyyatdır. N.Paşinyan xatırladıb ki, Serjin "mən rəhbər olsaydım, müharibədə olmazdı", - deyə indiki iqtidarı tənqid etməsi reallıqdan uzaqdır. "44 günlük müharibədə 2016-cı ildəki müharibənin davamı idi", - deyə baş nazir 2018-ci ildəki inqilabı demokratiyanın təntənəsi adlandıraraq özündən öncəkilərin ölkəni taladıqlarını da diqqətə çatdırıb.

"Ermənistan öz demokratiyasına inanır və bununla təhlükəsizliyini təmin etmək durumundadır", - deyə o, Serj kimilərinin Ermənistanın tarixində qara ləkə olduğunu da vurğulayıb.

N.Qaramanlı

Oxşar xəbərlər