29.06.2025, 11:22
AZ EN
13.12.2024, 11:12 182

Polislər oğurluq ediblər

XƏBƏRLƏR
  • "Hraparak" yazıb ki, xüsusilə İrəvanda qiymətlər getdikcə qalxır. Bazarlarda satılan bütün ərzaqlara isə qida təhlükəsizliyi müfəttişləri tərəfindən müxtəlif maneələr yaradılır.

Dünənsə həmin müfəttişliyin nümayəndələri polislərlə birlikdə hamının "Qum bazar" dediyi yerə gələrək guya növbəti reyd keçiriblər. Polislərdən biri qəssabın asdığı qoyun çəmdəklərindən birini götürüb laboratoriya müayinəsindən keçirdikdən sonra qaytaracağını vəd edib. O, həmin cəmdəyi aparıb öz maşınına qoyub və bir daha qayıtmayıb. Digər polis də başqa bir qəssabxanada analoji addım atıb. Amasiyadan  gətirdikləri qoyun çəmdəklərini oğurlayan polislərdən şikayət edən qəssablar deyiblər ki, belə getsə, İrəvan sakinləri qoyunun deyil, hakimiyyət nümayəndələrinin ətini yeməyə məcbur olacaqlar.

N.Qaramanlı

Oxşar xəbərlər