13.03.2025, 04:04
AZ EN
04.03.2025, 08:51 173

Velosiped müəllimi nazir müşaviri təyin edilib

XƏBƏRLƏR
  • Lia Sarkisyan "Hraparak"ın bu günkü sayında paylaşım edib ki, baş nazir Nikol Paşinyan yüksək vəzifələrə yeni təyinatları məhz şəxsi tanışlıq prinsipi ilə aparır.

Əlavə edib ki, o, özünün Velosiped müəllimi olan Arman Antonyanı öncə həvəskar velosipedçilər federasiyasının rəhbəri seçilmişdi, bu yaxınlarda isə onu elm, təhsil, mədəniyyət və idman naziri Janna Andreasyanın idman üzrə müşaviri təyin edib. Yeni müşavirdən yaranmış söz-söhbətlərə aydınlıq gətirilməsini istədikdə o, deyib ki, vəzifəyə məhz nazir Hanna Andreasyanın davamlı təklifi ilə gəlib. Buna qədərsə 20 il ictimai işlərdə çalışıb, 5 il isə bələdiyyə üzvü olub. Jurnalist sonda əlavə edib ki, baş nazirin istəyi ilə bir neçə dəfə velosiped yürüşü keçirilib və bu zaman dövlət büdcəsindən xeyli vəsait mənimsənilib. Bu yaxınlarda isə yeni yürüş keçiriləcək və "yürüşün təşkili yeni müşavirə həvalə olunub", - deyə jurnalist vurğulayıb.

Nəsib

Oxşar xəbərlər