22.01.2025, 15:02
AZ EN
22.01.2025, 11:58 214

Hay gənclərin gələcəyi məhv olur

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Syuzan Simonyan "Sağlam gəncləri polis, zəifləri isə əlil və əyyaş edirlər" başlıqlı məqaləsində göstərir ki, bölgələrdə, xüsusilə Şirak (Şörəil- N.Q) vilayətində gənclərin əksəriyyəti gələcəyə inamını itirib. Əvvəllər işsizlikdən bezənlərin çoxu ailəsinin çörəyi üçün xüsusilə Rusiyaya getməyə məcbur olurdusa, indi bu "xilas yolu" da bağlanıb deyən Vahan Tumanyan müxbirə bildirib ki, iqtisadi böhran dərinləşdiyindən gənclərin hakimiyyət tərəfindən unudulduğunu xüsusi vurğulayıb.

Onun müşahidələrinə görə, iqtidar yalnız kreslosunu düşünür və sağlam gəncləri polis sıralarına qəbul edərək özünü qorudur, başqaları isə depressiyadan ya əlil, ya da əyyaş olur. Son 4 ildə qonşu İrandan ölkəyə  qeyri-qanuni yollarla psixotrik maddələrin, narkotik vasitələrin daşınması və gənclər arasında yayılmasının cinayət yolu ilə pul əldə edilməsinin də çoxaldığını vurğulayan müxbirin qənaətinə görə belə davam edərsə, təkcə müasir gənclərin deyil, hay dövlətçiliyinin də gələcəyi məhv olacaq.

Nə deyirik, təki elə olsun.

N.Qaramanlı

Oxşar xəbərlər